Bazar , 15 Noyabr 2026
Drone Cameras

Nikol Paşinyan: “Ermənistan və Azərbaycan qarşılıqlı olaraq təminat istəyir”

Ermənistan və Azərbaycan qarşılıqlı olaraq biri-birinə qarşı ərazi iddialarının olmadığına dair təminat istəyirlər.

Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hakim “Mülki Müdafiə” Partiyasının fəalları ilə görüşdə bildirib.

“Biz Azərbaycandan, Azərbaycan isə bizdən biri-birimizə qarşı gizli ərazi iddiası olmadığına dair əlavə təminat istəyirik”, – o qeyd edib.

N.Paşinyanın sözlərinə görə, bu, elə bir iş prosesidir ki, məsələyə bu yöndən yanaşmaq lazımdır.

Onun çıxışının tam mətni feysbuk səhifəsində yayılıb.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …