İrəvan və Moskva silah sahəsində problemli məsələlərin əksəriyyətini həll ediblər.
Boyukmillet.com xəbər verir ki, bu barədə “Azadlıq” radiosuna Ermənistan Müdafiə Nazirliyindən məlumat verilib.
“Rusiya şirkətləri ilə silah sektorundakı problemli məsələlərin əksəriyyəti həll olunub”, – qurumdan bildirilib.
Daha əvvəl qeyd edilmişdi ki, İrəvanın ödədiyi, lakin hələlik Moskva tərəfindən tədarük olunmayan silahlarla bağlı məsələ tərəfdaşlıq şəraitində həll edilməlidir.