Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

DSMF Yevlax şəhər şöbəsindən etiraz

DSMF Yevlax şəhər şöbəsindən boyukmillet.com-a sosial şəbəkələrdə yazılanlarla əlaqədər etiraz məktubu daxil olub

Dövlət Sosial Müdafiə Fondunun Yevlax şəhər şöbəsi bildirir ki, Yevlax şəhəri Q.Quliyev küçəsi ev 24, m.29 ünvanda yaşayan Əhmədov Mətləb Əhməd oğluna şəhid ailəsi üzvünün vəsiqəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin 1241 nömrəli 05.11.2014-cü il tarixliarayışına və ölüm haqqında şəhadətnaməyə əsasən verilmişdir. Əhmədov Mətləb Əhməd oğlu 16.10.2014-cü il tarixə Mərkəzə ərizə ilə müraciət edərək şəhid ailəsi olduğu üçün ona Prezident təqaüdü təyin olmasını xahiş etmişdir. 20 oktyabr 2014-cü il tarixdə ona Prezident təqaüdü təyini olunması ilə əlaqədar Dövlət Sosial Təminat Xidmətinə təqaüd haqqında sənədlər göndərilmişdir. Əhmədov Mətləb Əhməd oğlunun şəhid ailəsi üzvü kimi Prezident təqaüdü sənədlərinə Dövlət Sosial Təminat Xidmətində baxılmışdır.

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 24 dekabr 2014-cü il tarixli 10904 nömrəli məktubunda Əhmədov Rəfail Mətləb oğluna şəhid adının verilməsi mümkün hesab edilməmişdir (məktub əlavə olunur).

Dövlət Sosial Təminat Xidmətinin 08.01.2015-ci il tarixli 04/29 nömrəli məktubuna əsasən Əhmədov Mətləb Əhməd oğluna şəhid ailəsi üzvü kimi Prezident təqaüdü təyin oluna bilməz (məktub əlavə olunur). Əhmədov Mətləb Əhməd oğluna şəhidlik statusu verilməsi ilə əlaqədar Yevlax rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. 24 noyabr 2015-ci il tarixdə Əhmədov Rəfail Mətləb oğlunun şəhid statusunun müəyyən edilməsi faktını tanımışdır. Yevlax rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi Yevlax rayon Məhkəməsinin 24 noyabr 2015-ci il tarixli 2(039)-2607/2015 nömrəli qətnaməsindən apelliyasiyası şikayəti verərək qətnaməni ləğv etməsini və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelliyasiya şikayətinə 03 mart 2016-cı il tarixində Şəki Apelliyasiya məhkəməsində baxılaraq Əhmədov Rəfail Mətləb oğlunun şəhid statusu ləğv edilmişdir. Həmin qətnaməni vətəndaş Əhmədov Mətləb Əhməd oğlu Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Kassasiya şikayəti vermiş, Ali məhkəmənin qərarı ilə Şəki Apelliyasiya Məhkəməsinin verdiyi qətnaməsi qüvvədə saxlanılaraq Əhmədov Rəfail Mətləb oğlunun şəhid statusu ləğv edilmişdir.

ƏƏSMN yanında DSMF-nun

Yevlax şəhər şöbəsinin müdiri: Z.M.Əzizova

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …