Ukrayna Ali Radasının nümayəndə heyəti fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə edəcək.
Boyukmillet.com xəbər verir ki, müşahidə missiyasına Ukrayna Ali Radası sədrinin müavini Olena Kondratyuk başçılıq edəcək.
Müşahidə missiyasına ukraynalı deputatlar – Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Valeriy Kolyux, Sergey Bunin və Ukrayna Ali Radası sədrinin müavini Olena Kondratyukun beynəlxalq məsələlər üzrə müşaviri Oleksandr Mişenko daxildir.
Qeyd edək ki, Ukrayna Ali Radasının müşahidə missiyası fevralın 4-8-də Azərbaycanda səfərdə olacaq, seçkinin nəticələrinə dair hesabat hazırlayacaq.