Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Vilayət Eyvazov onlara YÜKSƏK VƏZİFƏ verdi

Daxili İşlər Nazirliyində yeni kadr təyinatları olub.

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmrlər imzalayıb.

Əmrə əsasən, Kürdəmir Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Soltan Zeynalov vəzifəsindən azad olunaraq Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin rəisi təyin edilib.

Nazirin digər əmri ilə Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin rəisi, polis polkovniki Yaşar Nuriyev isə DİN-in Səfərbərlik və Mülki Müdafiə İdarəsinin rəisi təyin olunub. 

Check Also

“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi – 610 min manatlıq fırıldaq

“Toyota Bakı Mərkəzi”nin sürücüsü 1986-cı il təvəllüdlü Vüsal Kərimov (soyadlar şərtidir) həbs olunub. O, tanışı …