Çərşənbə , 27 Noyabr 2024
Drone Cameras

Vasif Talıbov fərman imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

Boyukmillet.com xəbər verir ki, fərmana əsasən, “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi Qaydası” təsdiq edilib.

Həmçinin, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üzrə müqavilənin nümunəvi formasını təsdiq etməsi tapşırılıb.

Qeyd edək ki, fərman 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …