Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Həftəsonu vətəndaşlardan 6 silah götürülüb

Polis əməkdaşları həftəsonu vətəndaşlardan 6 silah götürüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 27-28 yanvar tarixlərində polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat silahı, 1 ədəd tapança, 4 ədəd müxtəlif markalı tüfəng, 1 ədəd patron darağı və 220 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Həmçinin, həftəsonu polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd avtomat silahı, 4 tapança, 7 ədəd müxtəlif markalı tüfəng, 4 ədəd patron darağı və 45 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Check Also

Suriyadan repatriasiya olunan azərbaycanlıların hüquqlarının təmini vəziyyəti araşdırılıb

Cari ilin 14 may tarixində Suriya Ərəb Respublikasından Azərbaycana repatriasiyası həyata keçirilən səkkiz Azərbaycan vətəndaşının hüquqlarının təmini …