Bazar , 24 Noyabr 2024
Drone Cameras

Ərdoğan: “Türkiyə ordusunu Liviyada təmsil edəcək hərbi birləşmələrin məqsədi fəlakətlərin qarşısını almaqdır”

Liviyada tərəflər zərər çəkmədən gərginlik nəzarətə götürülməlidir.

Boyukmillet.com xəbər verir ki, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Kanal D” və “CNN Türk” televiziya kanallarının birgə yaydıqları “Özəl olaraq Prezidentlə” proqramında ifadə edib.

Dövlət başçısı Türkiyə gündəliyində olan məsələlərlə bağlı jurnalistləri maraqlandıran sualları cavablandırıb. Liviya ilə əməkdaşlıq anlaşmasının icra vəziyyəti barədə məlumat verən dövlət başçısı bildirib ki, artıq prosesə başlanılıb. Liviyanın dünya birliyi tərəfindən qəbul edilən qanuni hökumətinin dəvəti əsasında bu ölkədə xidmət edəcək Türkiyə Silahlı Qüvvələrinin birləşmələri tərəflər arasında razılaşmanın şərtlərinə uyğun fəaliyyət göstərəcək. Prezident deyib ki, Türkiyə ordusunun Liviyada təmsil edəcək hərbi birləşmələrin məqsədi bu ölkədə baş verə biləcək insani fəlakətlərin qarşısını almaqdır.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …