Cümə axşamı , 19 Sentyabr 2024
Drone Cameras

Türkiyə səfiri zəlzələdən sonra köməyə görə Azərbaycan xalqına və prezidentinə təşəkkür edib

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı 2023-cü il fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş dəhşətli zəlzələni təsirlərinin aradan qaldırılması istiqamətindəki dəstəyinə görə Azərbaycan xalqına və Prezident İlham Əliyevə təşəkkür edib.

Boyukmillet.com xəbər verir ki, o, bu barədə “X”də yazıb: “2023-cü il fevralın 6-da Türkiyədə baş verən əsrin fəlakətində həyatını itirən vətəndaşlarımıza allah rəhmət eləsin. Onların yaxınlarına səbir diləyirəm. “Kədəriniz kədərimizdir” deyən Azərbaycan xalqına və Müzəffər Lider Prezident İlham Əliyevə ürəkdən təşəkkür edirəm”.

Diplomat, həmçinin Azərbaycan şairi Bəxtiyar Vahabzadədən sitat gətirib:

“Eşidincə ata yurdda depremi Aktı yaşım, döndü başım Türkiyem

Her derdimin, kederimin ortağı, Can kardeşim, kan kardeşim Türkiyem”.

Yeraltı təkanlar ölkənin 11 əyalətində və qonşu dövlətlərdə hiss olunub. Türkiyə hakimiyyəti zəlzələni “əsrin fəlakəti” adlandırıb. Təbii fəlakət nəticəsində Türkiyədə 50,5 min nəfər ölüb.

Check Also

Prezident İlham Əliyev Əlcəzairin Azərbaycanda yeni səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabr 17-də Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş …