Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

Gürcüstan Azərbaycanlıları Bəyanat yaydı

Gürcüstan Azərbaycanlıları Milli Konqresi 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar seçkilərlə bağlı bəyanat yayıb.


Boyukmillet.com bəyanatı olduğu kimi təqdim edir:

2024-cü il fevralın 7-də Azərbaycan Respublikasında keçiriləcək növbədənkənar seçkilər təkcə Azərbaycan Respublikası və Azərbaycan xalqı üçün deyil, bütün Qafqaz regionu üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının sabitliyi region ölkələri üçün məhək daşıdır.


Azərbaycan bütün müstəqillik dövründə Gürcüstanın ən mühüm strateji tərəfdaşı olub. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və onun hüquqi varisi və siyasətinin davamçısı cənab Prezident İlham Əliyev Qafqazda, bütün beynəlxalq təşkilatlarda Gürcüstanı və gürcü xalqını daim dəstəkləmişlər.
Gürcüstan Azərbaycanlıları Milli Konqresi konstitusiya hüququ olan bütün azərbaycanlıları seçkilərdə səs verməyə – Azərbaycan xalqının layiqli oğlu cənab İlham Əliyevə səs verməyə çağırır. İnanırıq ki, onun Azərbaycan Respublikasının ərazi bütövlüyünü birləşdirən və bərpa edən, Qafqazda sülhü bərqərar edən siyasəti Gürcüstan və gürcü xalqı üçün layiqli nümunə olacaq.

Hörmətlə,
Əli Babayev
Gürcüstan Azərbaycanlıları Milli Konqresi

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …