Bazar , 4 May 2025
Drone Cameras

Qarabağ Universiteti Xankəndi şəhərində yerləşəcək

Qarabağ Universiteti Xankəndi şəhərində yerləşəcək.

Boyukmillet.com xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Qarabağ Universitetinin Nizamnaməsi”ndə əksini tapıb.

Universitetin fəaliyyət istiqamətləri aşağıdakılardır:

– bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislərin hazırlanması;

– magistratura təhsil səviyyəsində ixtisaslaşmalar üzrə ayrı-ayrı ixtisas sahələrinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsi;

– doktorantura təhsil səviyyəsində yüksəkixtisaslı elmi kadrların hazırlanması, ixtisas və elmi dərəcələrin yüksəldilməsi;

– orta ixtisas və əlavə təhsil proqramlarının həyata keçirilməsi;

– elmin müxtəlif sahələri və istiqamətləri üzrə tədqiqatların aparılması.

Check Also

Əziz Ələkbərli: Qərbi Azərbaycanda bizim zəngin mədəni irsimiz, çoxlu memarlıq abidələrimiz var

Azərbaycanın müxtəlif universitetlərində Qərbi Azərbaycanla bağlı elmi-tədqiqat şöbələrinin açılması prosesi davam edir. Memarlıq və İnşaat …