Bazar , 15 Noyabr 2026
Drone Cameras

Türkiyədə batan karqo gəmisi tapılıb

Türkiyənin Marmara dənizində batan karqo gəmisi tapılıb.

Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.

Qeyd olunub ki, gəmi dənizin 51 metr dərinliyində aşkarlanıb.

Axtarış-xilasetmə tədbirləri davam edir.

Gəmidəki insanlar barədə hələ ki məlumat yoxdur.

Qeyd edək ki, gəmi fevralın 15-də əlverişsiz hava şəraiti səbəbindən batıb. Batan gəmidə altı nəfərin olduğu bildirilir.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …