Cümə , 22 Noyabr 2024
Drone Cameras

Pentaqon Rusiyanın Ukraynadakı əməliyyatlara 211 milyard dollar xərclədiyini açıqlayıb

Rusiya, ehtimal ki, Ukraynadakı əməliyyatlar üçün qoşunların təchiz edilməsi, yerləşdirilməsi və saxlanması üçün 211 milyard dollara qədər (19,5 trilyon rubl) xərcləyib.

Boyukmillet.con xəbər verir ki, bu barədə “Reuters” agentliyi adını açıqlamadığı Pentaqon rəsmisinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Moskva münaqişə nəticəsində 1,3 trilyon dollar (120 trilyon rubl) itirəcək.

Kiyevə yardımın göstərilməsinin zəruriliyi ilə bağlı Konqresdəki müzakirələrdə danışan şəxs bildirib:

“Siz bizim Ukraynanı dəstəkləməyə davam edə bilməmiz üçün ABŞ Konqresinin əlavə maliyyə ayırmasının nə qədər vacib olduğu barədə çox danışdığımızı eşitmisiniz. Amma mənə elə gəlir ki, biz Rusiyanın artıq çəkdiyi və çəkməyə davam etdiyi xərclər barədə çox danışmamışıq”.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …