Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Şirvanda saxlanılan narkokuryerdən 4 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində əcnəbi vətəndaşa narkokuryerlik edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Abşeron rayon sakini, əvvəllər də narkotiklərə görə cinayət məsuliyyətinə cəlb edilmiş Amil Şərifov şəhər ərazisində saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı əlində olan sellofan torbadan çəkisi 2 kiloqramdan artıq olan heroin və 1 kiloqram 870 qram olan marixuana, eləcə də narkotik tərkibli həblər aşkar edilərək götürülüb.

Dindirilmə zamanı A.Şərifov sosial şəbəkə vasitəsilə tanış olduğu iranlı narkotacirə kuryerlik etdiyini, ondan aşkarlanan narkotikləri bir miqdar narkotik vasitə qarşılığında qabaqcadan təyin olunan yerə çatdırmalı olduğunu bildirib.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Check Also

İrandan Azərbaycana 65 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana paraplan vasitəsilə ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə keçirilməsinin qarşısı alınıb. …