Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

Boyukmillet.com-un məlumatına görə, sərəncama əsasən, 2006-cı ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1989-2005-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.

Bundan başqa, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları aprelin 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

Check Also

Azərbaycanda İcra Hakimiyyətində 14 vəzifəli şəxs işdən ÇIXARILDI

Ağsu Rayon İcra Hakimiyyətinin 14 əməkdaşı vəzifəsindən azad edilib. Boyukmillet.com oxu.az-a istinadən xəbər verir ki, …