Cümə axşamı , 12 Mart 2026
Drone Cameras

Qriqoryan: İrəvan Bakıdan sülh sazişi ilə bağlı növbəti təkliflər paketi alıb

Ermənistan Azərbaycandan sülh sazişi ilə bağlı növbəti təkliflər paketi alıb.

Boyukmillet.com Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan məlumat verib.

Onun sözlərinə görə, sülh sazişi layihəsi yaxın vaxtlarda iki ölkənin xarici işlər nazirlərinin görüşündə müzakirə olunacaq: “Hazırda bununla bağlı danışıqlar aparılır. Görüşün tarixi, yeri və formatı barədə dəqiq məlumat yoxdur”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Münxendə keçirilən görüşdə iki ölkənin xarici işlər nazirləri və baş nazir müavinlərinin görüşü ilə bağlı razılıq əldə olunub.

Check Also

Azərbaycan-Aİ əməkdaşlığı hər iki tərəfin ortaq maraqlarını əks etdirir – BƏYANAT

Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı hər iki tərəfin ortaq maraqlarını əks etdirir. Boyukmillet.com  xəbər verir ki, bu, …