Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

SON DƏQİQƏ: NÜVƏ STANSİYASI PARTLADI – İnsanlar bölgədən qaçır

Kanadanın Toronto şəhəri yaxınlığında yerləşən nüvə stansiyasında qəza baş verib.

Boyukmillet.com xəbər verir ki, “Pickering” stansiyasında qeydə alınan qəzadan sonra yaxınlıqda məskunlaşan sakinlərə dərhal bölgəni tərk etmələri barədə xəbərdarlıq mesajı ünvanlanıb. Vətəndaşlara stansiyadan azı 10 kilometr uzaqlaşmaları barədə xəbərdarlıq edilib.

Xəbərdalıqdan sonra yüzlərlə insan bölgəni tərk edib. Bəzi mənbələr stansiyada partlayış olduğunu, bəzi agentliklər sızıntının olduğunu, bəziləri də hadisənin texniki nasazlıqdan baş verdiyini irəli sürüb. Qəza ilə bağlı araşdırmalar aparan mütəxəssilər, bölgədə zərərli maddələrin təhlükəli dərəcədə olmadığını vurğulayıb. Lakin araşdırmanın yekun nəticəsi yaxın saatlarda açıqlanacaq.

Rəsmi dairələr hadisənin səbəblərini araşdırır. 

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …