Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Bakıda məktəbli qız itkin düşdü – FOTO

akı şəhəri Nizami rayonu, Çobanzadə küçəsi bina 71, mənzil 86-da yaşayan 14 yaşlı Məmmədova Mədinə Camal qızı bu gün səhər saatlarından itib.

Bu barədə AFN-ə Mədinənin əmisi Məmmədov Təzəxan məlumat verib. Onun sözlərinə görə, qardaşının bir oğlu, bir qızı var və onlar anaları ilə qeyd edilən ünvanda yaşayırlar: “Qardaşım özü Rusiyada yaşayır. Bu gün səhər anası işə gedib, qardaşı yatırmış, durub görüb bacısı yoxdur. Qardaşım qızı telefon işlətmirdi, heç bir sosial şəbəkədən istifadə etmirdi. Çox müəmmalı surətdə yoxa çıxıb Mədinə. 102-yə zəng edib məlumat verdik. Gəldilər izahat aldılar. Polis deyir ki, bir şey olsa, deyəcəyik. Mədinənin qardaşı deyir həyətdə təxminən 40 yaşlarında kimsə oturub bunları güdürmüş. Amma bizim heç kimdən şübhəmiz yoxdur”.
24-cü Polis Bölməsinin növbətçisi Zaur Məmmədov AFN-ə bildirib ki, baş vermiş hadisə ilə bağlı ailənin ərizəsi qəbul edilib və hazırda axtarış əməliyyatları aparılır: “Bakı üzrə bütün aidiyyatı qurumlara məlumat verilib. Kameralara da baxılıb, baxış davam edir. Bir məlumat olan kimi ailəyə xəbər veriləcək”.

***

Yanvarın 12-də səhər saatlarında itkin düşən 2006-cı il təvəllüdlü Məmmədova Mədinə Camal qızı tapılıb.

Bu barədə Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsindən APA-ya bildirilib.

14 yaşlı M.Məmmədova ailəsinə təhvil verilib.

Bakıda məktəbli qız itkin düşdü -  FOTO / YENİLƏNİB

Check Also

Samir Məmmədov: “Bakıda evlərin 90 %-nin genişzolaqlı fiberoptik internetə çıxışı var”

Bakıda evlərin 90 %-ə yaxını genişzolaqlı fiberoptik internetə çıxış eldə edə bilir. Boyukmillet.com xəbər verir ki, bunu rəqəmsal …