Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Ermənistanın yaşayış yerlərinə vurduğu ziyanın aradan qaldırılması üçün əlavə maliyyə ayrılması təklif edilir

Ermənistanın bir sıra yaşayış yerlərinə vurduğu ziyanın aradan qaldırılması üçün əlavə maliyyə vəsaitinin ayrılması təklif edilir.

Boyukmillet.com xəbər verir ki, bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsman) 2023-cü il üzrə məruzəsində əksini tapıb.

Qeyd edilib ki, Ermənistan silahlı qüvvələri tərəfindən respublikanın bir sıra yaşayış məntəqələrinin, xüsusilə mülki əhalinin sıx məskunlaşdığı yerlərin, o cümlədən şəhər və rayon mərkəzlərinin raket atəşinə tutulması nəticəsində fərdi yaşayış evlərinə və mənzillərinə dəymiş ziyanın nəticələrinin aradan qaldırılması üzrə tədbirlərin davam etdirilməsi məqsədilə zəruri maliyyə vəsaitinin ayrılması təklif olunur.

Check Also

Bakıda beynəlxalq konfrans BAŞLADI

Bakıda “Neokolonializm və qlobal bərabərsizlik” mövzusunda beynəlxalq konfrans başlayıb. Boyukmillet.com xəbər verir ki, tədbirə ilk …