Çərşənbə , 9 Aprel 2025
Drone Cameras

“Nikosayağı” adı ilə tanınan blogerə hökm oxunub

“Nikosayağı” kimi tanınan bloger Nicat Şakirliyə hökm oxunub.

Boyukmillet.com xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Hökmə əsasən, Nicat Şakirli cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən prosesdə prokuror Orxan Mehdiyev məhkəmədən təqsirləndirilən şəxsin 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, ötən ilin avqustunda N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobillə yük maşınına (TIR) çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov vəfat edib. Nicat Şakirlinin sağ qolu dirsəkdən amputasiya olunub.

Check Also

İrandan Ermənistana 12 kq narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

Ermənistan Dövlət Gəlirlər Komitəsinin əməkdaşları İrandan ölkəyə daxil olan yük maşınında böyük miqdarda narkotik aşkar …