Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Tokayev: Qazax və Azərbaycan xalqları bir çox sınaqlardan keçiblər

Qazax və Azərbaycan xalqları bir çox sınaqlardan keçiblər. Bizim ortaq köklərimiz, yaxın dillərimiz, oxşar mədəniyyətlərimiz var.

Boyukmillet.com xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfərindən öncə “Azərbaycan” qəzetinə müsahibəsində deyib.

“Biz bu gün birgə gələcəyimizi birlikdə qururuq. Tarixi uzaq əsrlərə gedib çıxan bu bayram birliyin, sülhün, harmoniyanın, dövrlərin və nəsillərin qırılmaz əlaqəsinin təcəssümüdür. Novruz bayramı ümumi irsimiz olmaqla Qazaxıstan və Azərbaycan xalqlarının mənəvi yaxınlığının möhkəmlənməsində mühüm rol oynayır”, – Tokayev vurğulayıb.

Check Also

İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kamerun Respublikasının Prezidenti Pol Biyaya təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər …