Çərşənbə axşamı , 15 Aprel 2025
Drone Cameras

Tokayev: Azərbaycanla mühüm sənədlər paketi qarşılıqlı fəaliyyətimizə yeni təkan verəcək

Qarşıdan gələn səfərim zamanı növbəti mühüm sənədlər paketi imzalanması üçün hazırlanır. Təbii ki, bu, qarşılıqlı fəaliyyətimizə yeni təkan verəcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfərindən öncə “Azərbaycan” qəzetinə müsahibəsində deyib.

“Ənənəvi qarşılıqlı fəaliyyət mexanizmləri ilə yanaşı, Qazaxıstan-Azərbaycan Ekspert Şurası, Azərbaycan-Qazaxıstan İşgüzar Şurası yaradılıb və fəaliyyət göstərir. Bakıya səfərim çərçivəsində Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurası işə başlayacaq və biz onun ilk iclasını keçirəcəyik. Normativ-hüquqi baza tədricən genişlənir və təkcə 1 il 6 ay ərzində 40-a yaxın mühüm ikitərəfli sənəd imzalanıb.

2020-ci ildən etibarən ölkələrimiz arasında ticarət dövriyyəsi təxminən 5 dəfə (109 milyon dollardan 529 milyon dollara) artıb. Bu, parlaq dinamikadır və biz dövriyyə həcminin artırılmasını davam etdirməyi planlaşdırırıq”.

Qeyd edək ki, Qazaxıstan Prezidenti martın 11-12-də Azərbaycana səfər edəcək.

Check Also

Gürcüstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili aprelin 15-də Azərbaycana rəsmi səfərə gəlib. Boyukmillet.com xəbər verir ki, hər …