Cümə , 22 Noyabr 2024
Drone Cameras

Rusiya Hərbi Dəniz Qüvvələrinin Baş Komandanı vəzifəsindən azad edilib

Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanı admiral Nikolay Evmenov vəzifəsindən azad edilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “İzvestiya” mənbələrə istinadən məlumat yayıb.

N.Evmenovu admiral Aleksandr Moiseyev əvəz edəcək. O, 3 may 2019-cu ildən Şimal Donanmasına komandanlıq edir.

Maraqlıdır ki, o, bu vəzifədə həmin gün Hərbi Dəniz Qüvvələrinin Baş Komandanı vəzifəsini icra edən Evmenovu əvəz edib.

Rusiya Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin Ali Baş Komandanında dəyişikliklə bağlı rəsmi açıqlama verməyib.

Check Also

Türkiyəli nazir: Ermənistan Zəngəzur dəhlizinin öz ərazisindən keçməsində maraqlıdır

Ermənistan Zəngəzur dəhlizinin öz ərazisindən keçməsində maraqlıdır. Boyukmillet.com “Akşam”a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat …