Narkotik vasitələri istehlak etməsi müəyyən olunan şəxslərin vergi orqanlarında xidmətə qəbulu qadağan edilir.
Boyukmillet.com-un xəbərinə görə, bu, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik layihəsində əksini tapıb.
Təklif olunan dəyişikliyə əsasən, tibbi müayinə nəticəsində narkotik vasitələri və psixotrop maddələri istehlak etməsi müəyyən olunmuş şəxslərin vergi orqanlarında xidmətə qəbul olunması qadağan edilir.