Çərşənbə axşamı , 7 Aprel 2026
Drone Cameras

KİV: Rusiya nüvə müharibəsinə hazırdır

Rusiya texniki cəhətdən nüvə müharibəsinə hazırdır.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Röyters” nəşri yazıb.

Qeyd olunub ki, ABŞ Ukrayna ərazisinə qoşun yeridərsə, Kreml bunu ciddi eskalasiya hesab edəcək: “ABŞ öz qoşunlarını Ukrayna ərazisində yerləşdirsə, Moskva bu addımı müharibəyə müdaxilə kimi qəbul edəcək”.

Bildirilib ki, Kremlin nüvə müharibəsi ilə bağlı hədələri Ukraynanın müttəfiqlərini qorxutmaq və onları buraya qoşun göndərməkdən çəkindirmək üçündür.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl nüvə müharibəsinə hazır olduqlarını bildirmişdi.

Check Also

İran ABŞ-nin atəşkəs təklifi ilə razılaşmayıb və yekun sülh tələb edib

İran ABŞ-nin atəşkəs təklifini rədd edərək, müharibənin ölkənin maraqları nəzərə alınmaqla tam başa çatdırılmasının zəruriliyini …