Şənbə , 14 Mart 2026
Drone Cameras

Türkiyə ordusu terrorçuların diversiya cəhdinin qarşısını alıb, 1 şəhid, 4 yaralı var

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında “Pənçə-Kilit” əməliyyat zonasında daha bir şəhid verib.

Boyukmillet.com  xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, terrorçuların diversiya-kəşfiyyat cəhdlərinin qarşını alarkən Türkiyə Silahlı Qüvvələrinin hərbçilərindən biri şəhid olub. Həmçinin, 4 hərbçi yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib.

“Atışma nəticəsində 6 terrorçu öldürülüb. Hazırda döyüşlər davam edir”, – məlumatda bildirilib.

Şəhid və yaralıların adı hələ ki açıqlanmayıb.

Check Also

İran səfirindən Türkiyəyə atılan raketlə bağlı AÇIQLAMA

Türkiyədə vurulan raketləri üçüncü tərəf atıb. Boyukmillet.com  xəbər verir ki, bunu İranın Ankaradakı səfiri Məhəmməd …