Cümə axşamı , 9 May 2024
Drone Cameras

Zelenski dünyaya müraciət edib: Təxirə salınmış qərarların nələrə səbəb olduğunu başa düşmək çox vacibdir

Gecikmələrin və təxirə salınmış qərarların nələrə səbəb olduğunu başa düşmək çox vacibdir.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin beynəlxalq ictimaiyyətə “X” vasitəsilə müraciətində deyilir.

Ölkə lideri bildirib ki, Ukraynaya yardım paketlərindən fərqli olaraq Rusiyaya raket tədarükündə gecikmələr olmur.

V.Zelenski Ukrayna şəhərlərinin hava hücumundan müdafiə sistemlərinə ehtiyacı olduğunu diqqətə çatdırıb: “Tərəfdaşlarımız nəyin lazım olduğunu dəqiq bilirlər. Onlar bizi mütləq dəstəkləyə bilərlər. Bu, zəruri məsələdir”.

Ukrayna Prezidentinin sözlərinə görə, kütləvi raket hücumuna məruz qalmış şəhərlərdə elektrik enerjisinin verilişi bərpa olunur.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələri son 2 gündür ki, Ukraynaya kütləvi raket hücumu edir.

Check Also

Rusiya XİN: Üçtərəfli bəyanat aktuallığını qoruyur

Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli bəyanat indiki şəraitdə öz aktuallığını saxlayır, onun …