Cümə axşamı , 9 May 2024
Drone Cameras

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım – FOTO

“Mən və atam teraktdan zərərçəkənlər üçün 100 milyon köçürdük”.

Boyukmillet.com bildirir ki, bu sözləri Xalq artisti Emin Ağalarov sosial şəbəkədə yazıb.

Xalq artisti “Müslüm Maqomayev Fondu”nun terrorda zərərçəkənlər üçün yardım kampaniyasına başladığını açıqlayıb:

“Dostlar, biz “Müslüm Maqomayev Fondu” vasitəsi ilə “Crocus City Hall”da zərərçəkənlərə yardım üçün vəsait göndərmək qərarına gəldik.

Bu mərhələdə mən və atam fonda 100 milyon rubl (təxminən 2 milyon manat) köçürdük.

Dostlarımızı, tərəfdaşlarımızı və hər kəsi yardıma qoşulmağa dəvət etdik.

Müraciətlərə baxılması üçün zəng mərkəzi tezliklə fəaliyyətə başlayacaq. Xərclənmiş bütün vəsaitlər barədə hesabatlar fondun internet saytında dərc olunacaq”.

Check Also

Anar Məmmədli haqqında həbs qərarı verildi

Hüquq müdafiəçisi ittihamı absurd adlandırıb Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri, insan hüquqları …