Cümə , 22 Noyabr 2024
Drone Cameras

Ziya Razi Əliyeva ilə deyil, onunla daha çox münasibətdə olub – YENİ DETALLAR

2017-ci ildə Azərbaycan gözəli seçilən, tanınmış model Raziyyat (Razi) Əliyevanı döyərək şantaj etməkdə təqsirləndirilən Ziya Hüseynzadənin növbəti məhkəmə prosesi baş tutub.

Musavat.com-un “Unikal”a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.

İş üzrə şahid qismində ifadə verən Urfan Məcidli, Nizam Vəliyev, Elçin Bədəlov və Rövşən Əkbərov bildiriblər ki, Raziyyat Əliyevanın özünə məxsus olduğu iddia etdiyi avtomobilin texniki pasportunda Razinin deyil, məhz Ziya Hüseynzadənin adının qeyd olunduğunu görüblər.

Şahid Yafət Həsənov isə təkcə avtomobilin evakuatorla götürülməsinin şahidi olduğunu bildirib. Onun sözlərinə görə, Ziya Hüseynzadənin zərərçəkmiş şəxsin anası olan Xadijat Əliyevanı evinə qalxdığını, orada olan qapısını sındırdığını və təhqiramiz ifadələr işlətdiyinin görməyib: “İstintaq dövründə verdiyim ifadə mənə aid deyil, o izahatı təzyiq altında imzalamışam”.

Zərərçəkmiş şəxsin anası Xadijat Əliyeva isə şahidin ifadəsinə narazılıq edib. Şahid isə “Nə qədər ki ruhum üstümdədi, dedikləriniz heç vaxt olmayıb və yalandır!” deyib. Zərərçəkmiş şəxsin anasının sözlərinə görə, təqsirləndirilən şəxs Ziya Hüseynzadədən heç vaxt pul almayıb. Lakin təqsirləndirilən şəxsin vəkilləri tərəfindən təqdim edilən maddi sübutlar bunun da yalan olduğunu üzə çıxarıb.

Daha sonra məhkəmə iclasında şahid qismində zərərçəkmiş şəxsin yaxın rəfiqələri Kamila Süleymanova və Aytən Muxtarova ifadə veriblər. Onlar ümumiyyətlə Raziyyat Əliyevanın Ziya Hüseynzadə tərəfindən döyüldüyünü görmədiklərini, ancaq döyülməsi barədə məlumatları Razi Əliyevanın özündən eşitdiklərini bildiriblər.

Təqsirləndirilən şəxs Ziya Hüseynzadə bildirib ki, Razinin ən yaxın rəfiqəsi olan Kamila Süleymanova ilə daha yaxın münasibətləri olub və müxtəlif vaxtlarda Gürcüstanda onunla birlikdə yaşayıb.

Hakim zərərçəkmiş şəxs Razi Əliyevanın prosesə gəlməməsi ilə bağlı onun anası Xadijat Əliyevaya xəbərdarlıq edib. Bildirib ki, bu hal növbəti dəfə təkrarlansa, zərərçəkmiş barəsində polis nəzarəti altında məcburi gətirilmə barədə qərar qəbul edəcək.

Check Also

Azər Qasımlımın ölkədən çıxışına qadağa qoyulub

O, Bakı Hava Limanından xaricə buraxılmayıb Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlının ölkədən çıxışına qadağa …