Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Bakıda “TikTok” fenomenləri qəza zamanı xəsarət aldı – FOTO

Bakının Səbail rayonunda 2 avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib, 2 nəfər xəsarət alıb.

Hadisə Zərifə Əliyeva küçəsində baş verib.

Belə ki, “Kia” markalı avtomobili idarə edən sürücü sükana nəzarəti itirərək işıqforun qırmızı işığında dayanan eyni markalı maşına çırpılıb.

Toqquşma nəticəsində avtomobildə olan Cəmilə Əliyeva Fərid qızı və Ələkbərova Ləman Nəcəf qızı ağır bədən xəsarətləri alıb.

Onlar xəstaxanaya yerləşdirilib. Faktı Səbail Rayon Polis İdarəsinin əmakdaşları araşdırır.

Qeyd edək ki, C.Əliyeva və L.Ələkbərova “TikTok” fenomenləridir.//APA

Check Also

Xətai rayonunda cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib – BİRGƏ MƏLUMAT

Bakının Xətai rayonunda kafedə baş verən silalı insident üzrə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 …