Bazar , 15 Noyabr 2026
Drone Cameras

Qarabağ iqtisadi rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin adı dəyişib

Qarabağ iqtisadi rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin adı dəyişib.

Musavat.com-un məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nda dəyişikliklər edilməsi barədə fərmanı ilə təsdiqini tapıb.

Dəyişikliklərə əsasən, “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” bundan sonra “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” adlanacaq.

Check Also

Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham …