Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

23 nömrəli məktəbdəki dəhşətli hadisənin təfərrüatı: Müəlliməsini bıçaqlamaq istəyib – VİDEO

Nəsimi rayonu, 23 nömrəli tam orta məktəbdə bıçaqlanma hadisəsi baş verib.

Belə ki, məktəbin yeddinci sinif şagirdləri arasında mübahisə yaranıb. Nəticədə 13 yaşlı məktəbli qız sinif yoldaşlarından birini bıçaqlayıb.

Baku TV-nin əməkdaşı sözügedən təhsil müəssisəsində olub, məsələni araşdırmağa çalışıb.

“Qız müəlliməsini bıçaqlamaq istəyib. Bıçağı çıxarıb, oğlan onu arxadan tutmaq istəyəndə boğazından xəsarət alıb”, – məktəbli deyib.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) tərəfindən araşdırma aparılır.

Check Also

İrandan Azərbaycana 65 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana paraplan vasitəsilə ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə keçirilməsinin qarşısı alınıb. …