Cümə , 2 May 2025
Drone Cameras

İranda iki polis məntəqəsinə hücum edilib, altı nəfər ölüb

İranda iki polis məntəqəsinə hücum edilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Sistan və Bəlucistan əyalətinin qubernatorunun təhlükəsizlik üzrə müavini Əlirza Mərhəməti məlumat verib.

Onun sözlərinə görə, silahlı hücum əyalətinin Rask və Çabahar şəhərlərində baş verib.

Yerli KİV məlumat verib ki, atışma nəticəsində hüquq-mühafizə orqanlarının üç əməkdaşı həlak olub, üç terrorçu isə zərərsizləşdirilib.

Silahlı şəxslərin “Ceyş əl-Ədl” terror qruplaşmasının üzvləri olduğu bildirilir.

Hazırda hadisənin təfərrüatları araşdırılır.

Check Also

Rusiya tərəfində vuruşan 600-ə yaxın Şimali Koreya əsgərinin öldüyü bildirilir

Cənubi Koreya kəşfiyyatı Pxenyanın Rusiyadakı kontingentinin 15 min hərbçidən ibarət olduğunu bildirir Ukraynaya qarşı müharibədə …