Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

İndiyədək Avropa Məhkəməsi Azərbaycandan göndərilən 469 şikayətlə bağlı qərar verib

Qərarların 75 faizi icra edilməsini gözləyir

İndiyədək Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilmiş şikayətlər üzrə 469 qərar qəbul edib.

Həmin qərarların 148-nin icrasına nəzarət qapadılıb. Yerdə qalan qərarların cəmi 25 faizi icra edilib, 75 faizi isə icra edilməsini gözləyir.

Hüquqşünas Xalid Ağəliyev deyir ki, bu göstərici, Avropa Şurası (AŞ) məkanına daxil olan ölkələr arasında ən aşağı göstəricidir.

Onun sözlərinə görə, qərarların icrası sıralamasında Azərbaycandan sonra bir neçə il əvvəl AŞ-dan çıxarılan Rusiya gəlir.

“Rusiya belə AİHM qərarlarının 64 faizini icra edib. Sıralamada növbəti ölkə Gürcüstandır. Bu ölkədə isə qəbul olunan qərarların 43 faizi icra edilməyib”.

Sonrakı yerlərdə Malta və Albaniyanı görmək olur. Bu ölkələr AİHM qərarlarının 41 faizini, Ermənistan isə 40 faizini icra etməyib.

Türkiyəyə gəlincə, AİHM-in bu ölkə ilə bağlı qərarlarının cəmi 11 faizinin icrası problemlidir.

Son zamanlar Azərbaycan ictimai mühitində Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) çıxardığı qərarlarda kompensasiyanın əvvəlki illərdən az olması müzakirə edilir. Vəkillər də narazıdır, onlar xidmət haqqının cüzi olduğunu söyləyirlər.

Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Ölkə 15 aprel 2002-ci il tarixdə Avropa İnsan Hüquqları Konvensiyası və onun Protokollarının ratifikasiya olunduğunu bəyan edib. Həmin tarixdən Konvensiya və onun Protokolları Azərbaycana münasibətdə qüvvəyə minib və Azərbaycan Respublikası yurisdiksiyası altında olan şəxslərin Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək hüququ yaranıb.

Check Also

Naxçıvanda 11 gün əvvəl partlayış nəticəsində xəsarət alan şəxs Bakıda xəstəxanada ölüb

Naxçıvanda 11 gün əvvəl qaz partlayışı nəticəsində xəsarət alan şəxs Bakıda xəstəxanada ölüb. “Report”un yerli …