Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Azərbaycan millisinin baş məşqçisi: Prezident Kubokunda 12 medal qazanmaq sevindirici haldır

Prezident Kuboku kimi yarışda 12 medal qazanmaq sevindirici haldır.

Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında taekvondo üzrə kişilərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Məmməd Abdullayev deyib.

Təcrübəli mütəxəssis Estoniyanın paytaxtı Tallində keçirilən Prezident Kubokunda iştirak edən gənclərdən ibarət millimizin uğurunu dəyərləndirib: “Hər il ənənəvi olaraq keçirilən yarış idi. Sözün düzü, böyük nəticələr qazanmaq barədə düşünmürdük. Çünki bu yarışa oktyabrda keçiriləcək dünya çempionatına hazırlığın bir hissəsi kimi baxırdıq. Nəticələri olduqca qənaətbəxş hesab edirəm”.

Qeyd edək ki, gənclərdən ibarət taekvondo yığmamız Prezident Kubokunu 12 medalla başa vurub.

Check Also

Respublika Şahmat Mərkəzinə direktor təyin edilib

Respublika Şahmat Mərkəzinə direktor təyin edilib. “Report” xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbovun …