Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Baş nazir: Özümüzü mühüm Orta Dəhliz ölkəsi, təhlükəsiz və etibarlı dövlət hesab edirik

Tədbirin əsas şüarı iqtisadi inkişaf, beynəlxalq əməkdaşlıq və gələcək planlar üçün platforma təklif edən “Gələcəyə körpü”dür.

Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstanın paytaxtında Asiya İnkişaf Bankının (ADB) 57-ci illik toplantısı çərçivəsində ADB-nin Rəhbərlər Şurasının sessiyasında çıxış edən Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

“Eyni zamanda, bu ifadə iqtisadi cəhətdən güclü gələcək yaratmaq üçün atdığımız hər bir addımı əks etdirir. Bizim yerləşdiyimiz unikal məkan bizə Avropanın bir hissəsi və İpək Yolunun əsas ölkələrindən biri olmağa imkan verir. Özümüzü mühüm Orta Dəhliz ölkəsi, təhlükəsiz və etibarlı alternativ bir dövlət kimi hesab edirik”, – İ.Kobaxidze bildirib.

Bundan əlavə, Baş nazir vurğulayıb ki, Gürcüstan Asiya investisiyalarını dəstəkləməyə davam edəcək.

Check Also

İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib

İranda Tehran Universitetində antropologiya sahəsində magistratura üzrə dissertasiyasını hicabsız müdafiə etmiş tələbə Leyla Hüseynzadə bir …