Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Azərbaycanda dördüncü quyudibi seysmoloji stansiya qurulur

Azərbaycanda dördüncü quyudibi seysmoloji stansiya qurulur.

Boyukmillet.com xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Şuşada inşa olunan bu seysmoloji stansiyanın qurulması istiqamətində ilkin işlər başa çatıb:

“Hazırda abadlıq işləri və stansiyanın quraşdırılması qalıb. Stansiya Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) tərəfindən Azərbaycana hədiyyə edilib. Bu, Azərbaycanda dördüncü quyudibi stansiya olacaq, 100 metr dərinlikdə yerləşəcək. Bütün azad edilmiş ərazilərdə kompleks tədqiqatlar aparacağıq. Əhali köçdükcə orada işlə təmin olunacaq”.

Check Also

Azərbaycanda lizinq təşkilatları üçün reyestr tələbi müəyyənləşəcək

Maliyyə icarəsi (lizinq) sahəsində fəaliyyət göstərmək istəyən təşkilatlar Azərbaycan Mərkəzi Bankında (AMB) yaradılacaq reyestrdə qeydiyyatdan …