Bazar , 11 Yanvar 2026
Drone Cameras

Aleksey Borodin : “Azərbaycan regionun rabitə sahəsindəki qurumları üçün örnək olmalıdır”

Azərbaycanın rabitə sahəsində əldə etdikləri regionun telekommunikasiya sahəsindəki qurumları üçün örnək olmalıdır.

Boyukmillet.com xəbər verir ki, bunu Rabitə sahəsində regional birliyin icra komitəsinin baş direktoru Aleksey Borodin Bakıda keçirilən “GSMA Mobile 360 Eurasia 2024” beynəlxalq konfransında deyib.

“Bütün dünya reytinqlərində Azərbaycanın yüksək yerlər tutduğunu görürük. Azərbaycanın unikal coğrafi mövqeyi onu Şimal-Cənub, Şərq-Qərb kimi mühüm yerüstü tranzit layihələrinin reallaşdırılması zamanı vacib mövqeyə qoyur. Eyni zamanda biz bilirik ki, Azərbaycan Xəzərin dibi ilə fiber optik xətt çəkmək niyyətindıdir. Bu layihənin reallaşması regiona böyük töhfə verə bilər”,-deyə o qeyd edib.

Check Also

RİNN-in strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına dəyişiklik edilib

Nazirlər Kabineti 12 iyul 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf …