Bu xarici ölkələrdə yaşayan azərbaycanlılar ölkəmizi layiqincə təmsil edirlər. Onlar arasında xarici ölkələrin ordu sıralarında zabit kimi fəaliyyət göstərənlər az deyil. Ölkəmizdə isə ordumuzun zabit heyətini azərbaycanlılar təşkil edir. Burada maraqlı bir sual yaranır. Azərbaycan Ordusunda əcnəbi zabitlərin fəaliyyətinə ehtiyac var?
Boyukmillet.com xəbər verir ki, mövzu ilə bağlı Sonxeber.az-a danışan hərbi ekspert Emin Həsənli deyib ki, qanunvericiliklə ölkə vətəndaşları orduda xidmət edə bilər. Kimsə Azərbaycan vətəndaşı deyilsə, onlar orduda xidmət edə bilməz:
” Bəzi ölkələr muzdlu orduya üstünlük verirlər və onlar xarici ölkə vətəndaşlarınıda qəbul edirlər. Orada müxtəlif səbəblər var. Səbəblərdən biri olaraq onların resursları azdır. İkincisi isə öz əhalisi döyüşmək və zabit kimi xidmət etmək istəmir. Hərbi xidmət çox ağır bir peşədir. Ömrünün gənc hissəsini vətəni müdafiə etmə peşəsinə həsr etməlisən. Azərbaycanlıların hərbiyə hər zaman marağı yüksək olub. Hərbi məktəblərə qəbul zamanı xeyli gənc kənarda qalır. Burada böyük müsabiqə var. Bir qismi sağlamlığına görə keçə bilmir, bir qismi də imtahan verir. Burada da yüksək bal toplayanlar qəbul olur”.
Ekspertin sözlərinə görə, Azərbaycanın hansısa ölkədən olan yaxud burada yaşayan əcnəbilərin zabit kimi işləməsinə ehtiyac yoxdur. Azərbaycan Ordusunun kifayət qədər zabit heyəti var:
“Zabitlərimiz çox vətənpərvərdir. Eyni zamanda onlar şəxsi heyətin qeydinə qalandır. 44 günlük müharibədə, antiterror əməliyyatları və aprel döyüşlərində zabitlərimiz, gizirlərimiz və müddətdən artıq hərbi qulluqçularımız daha çox şəhid oldular. Onlar əsgərlərin tabeçiliyində olanlara daha irəli əmri yox, ardınca əməl edirdilər. Onların bir qismi şəhid, bir qismi isə qazi oldu. Hazırda onlar arasında xidmətinə davam edənlərdə var. Azərbaycanın mənəvi-psixoloji cəhətdən sağlam, vətənpərvər zabit korpusu var. Biz zabitlərimiz ilə fəxr edirik”.