Şənbə , 18 Aprel 2026
Drone Cameras

Türkiyə HHQ İŞİD-ə qarşı əməliyyatları dayandırdı

Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) Suriyanın Əl-Bab bölgəsində İŞİD terror qruplaşmasına qarşı əməliyyatları dayandırıb.

Bu barədə Trend-ə ölkənin hərbi mənbələri məlumat verib.

Hərbi hava əməliyyatlarının dayandırılmasına səbəb kimi əlverişsiz hava şəraiti göstərilir.

Artıq iki gündür Türkiyə HHQ Əl-Babda əməliyyat keçirmir.

Xatırladaq ki, bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əl-Bab şəhərinin İŞİD-çilərdən azad edilməsi üçün əməliyyatların yekun mərhələdə olduğunu bildirmişdi.

Check Also

Ebrahim Zülfüqari: İran Hörmüz boğazına hərbi nəzarəti bərpa edib

İran Silahlı Qüvvələri Hörmüz boğazına hərbi nəzarəti bərpa edib. Boyukmillet.com “Tasnim” agentliyinə istinadən xəbər verir ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir