Krım tatarlarının pozulan hüquqları hələ də bərpa olunmayıb.
Boyukmillet.com xəbər verir ki, bu, Türkiyə Xarici İşlər Nazirliyinin Krım Tatar Türk xalqının 1944-cü il mayın 18-də sovet hakimiyyəti tərəfindən sürgün edilməsinin 80-ci ildönümü ilə bağlı yaydığı bəyanatda əks olunub.
“80 il əvvəl, bu gün yüz minlərlə Krım tatarı ana vətənlərindən zorla çıxarılaraq müxtəlif ölkələrə sürgün edilib, qeyri-insani davranışlara məruz qalıblar. Nəticədə aralarında yaşlı, uşaq və qadın olmaqla xeyli sayda insan həyatını itirib. Krımın qeyri-qanuni ilhaqı isə yeni kədərlərə səbəb olub”.
Qeyd olunub ki, Türkiyə hər zaman Krım tatarlarının yanında olacaq: “Çərkəz sürgünü” Türkiyənin kədərlə xatırladığı bir başqa faciədir. Bundan 160 il əvvəl mayın 21-də Qafqaz xalqları çox ağır şərtlərlə ana vətənlərini tərk etməyə məcbur qaldılar, çox sayda insan həyatını itirdi. Krım tatarlarının və Qafqazın qardaş xalqlarının kədərlərini paylaşır və xatirələrini hörmətlə anırıq”.