Düzdür, “Şamaxı” rəhbərliyi ilə görüşmüşük, fikir mübadiləsi aparmışıq.
Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında “Turan Tovuz” klubunun sabiq baş məşqçisi Ayxan Abbasov deyib.
42 yaşlı mütəxəssis hələlik ortada konkret razılıq olmadığını bildirib: “Tam əminliklə nəsə demək olmaz. “Şamaxı” Premyer Liqaya yeni gəlir. Amma 100 faiz nəsə demək mümkün deyil”.
Qeyd edək ki, Ayxan Abbasov bir neçə gün əvvəl “Turan Tovuz”dan ayrılıb. “Şamaxı” klubu Azərbaycan Premyer Liqasında iştirak hüququ qazandıqdan sonra baş məşqçi Ramiz Məmmədov postundan ayrılıb. O, Şamaxı təmsilçisinin İdarə Heyətinin sədr müavini kimi fəaliyyətini davam etdirəcək.