Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

“Turan Tovuz” rəsmisi: İyunun axırına qədər yeni baş məşqçi məsələsini yekunlaşdırmalıyıq

İyunun axırına qədər yeni baş məşqçi məsələsini yekunlaşdırmalıyıq. Ancaq rəsmiləşməmiş kiminsə adını çəkmək düzgün olmaz.

Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında “Turan Tovuz”un idman və əməliyyatlar üzrə direktoru Səməd Nəsibov deyib.

O, hazırda “Turan Tovuz” üçün baş məşqçi axtarışında olduqlarını söyləyib: “Hələ heç kimlə razılaşmamışıq. Amma danışıq apardığımız məşqçilər var”.

Klub rəsmisi komandanın iyunun sonu, iyulun əvvəlində yığışacağını da vurğulayıb.

Qeyd edək ki, Ayxan Abbasov mayın 28-də “Turan Tovuz”un baş məşqçi postundan ayrılıb.

Check Also

Qurban Qurbanov baş məşqçi karyerasında 500-cü qələbəni qazanıb

Qurban Qurbanov baş məşqçi karyerasında 500-cü qələbəni qazanıb. Peşəkar Futbol Liqasından AZƏRTAC-a bildirilib ki, “Qarabağ”ın təcrübəli …