Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Niderland Fələstinlə təhlükəsizlik sazişi imzalayıb

Niderland Fələstinlə təhlükəsizlik üzrə əməkdaşlıq müqaviləsi imzalayıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Niderland hökumətinin bəyanatında deyilir.

Məlumata görə, bu təşəbbüs çərçivəsində ölkələr terrorizmlə mübarizə, axtarış-xilasetmə əməliyyatlarında məlumat mübadiləsi və s. aparacaq.

Sənəd Niderlandın müdafiə naziri Kaysa Ollonqren və Fələstinin daxili işlər naziri Ziyad Habb ər-Rix tərəfindən imzalanıb.

“Biz müxtəlif təşəbbüsləri araşdırırıq. Çünki Fələstinin güclü təhlükəsizlik sektoru sabitliyə, təhlükəsizliyə və davamlı sülhə töhfə verir”, – Niderlandın müdafiə naziri bildirib.

Check Also

Rusiya “dəmir kozırını” Ermənistana vermədi 

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın dəmir yollarının idarə olunması üçün güzəştini üçüncü tərəfə satmaq …