Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi Ağ Evin rəsmi saytında dərc olunan və “We The People” bölməsində ABŞ prezidentinə ünvanlanan petisiyalar arasında toplanan imzaların sayı baxımından ikinci yeri tutur.
Bu barədə “Report” “Pew Research Center” araşdırma mərkəzinə istinadən məlumat verir. Mərkəz bölmənin yarandığı 2011-ci ildən bəri müraciət olunan bütün sorğuları təhlil edərək bu nəticəni əldə edib.
“Ədalətin bərpa edilməsi və böyük fəlakətin qarşısının alınması” (Dağlıq Qarabağ ərazilərində Ermənistan-Azərbaycan münaqişəsi) adlı bu ərizə 331 914 imza toplayılb. Qeyd edək ki, petisiya sayta 6 aprel 2016-cı il tarixində yerləşdirilib.
İlk yeri 367 180 səs qazanan “Vestboro baptist kilsəsinin rəsmən “niftər qrupu” kimi tanınması haqqında” petisiya tutub. Ərizə 2012-ci il dekabrın 14-də verilib.
Qaydalara görə, bir ay ərzində petisyanın azı 100 min imza toplaması halında Ağ Ev məsələyə rəsmi cavab verməlidir.
Qeyd edək ki, petisiyalar saytı 2011-ci ildə ABŞ prezidenti Barak Obama tərəfindən Açıq Hökumətin təşəbbüsü çərçivəsində yaradılıb. Əvvəlcə rəsmi reaksiya üçün imza həddi 5 min təyin olunsa da, 2013-cü ildən bu rəqəm 100 minə qədər artırılıb.
Check Also
Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar
Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …
Boyukmillet.com Biz yanmasaq vətən yanar