Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Şotlandiya millisinin müdafiəçisi iki oyunluq cəzalanıb

Şotlandiya millisinin müdafiəçisi Rayan Porteus Avropa çempionatında iki oyunluq diskvalifikasiya edilib.

Boyukmillet.com xəbər verir ki, buna səbəb futbolçunun AVRO-2024-ün açılış matçında Almaniyaya qarşı (1:5) oyunun ik hissəsinin sonlarına yaxın İlkay Gündoğanla mübarizədə kobudluğa yol verməsi olub.

Birbaşa qırmızı vərəqə ilə meydandan qovulan R.Porteus eyni zamanda Şotlandiya komandasının qapısına penalti təyin edilməsinə səbəb olub.

Qeyd edək ki, Almaniya – Şotlandiya matçı meydan sahiblərin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Şotlandiya AVRO-2024-də növbəti görüşlərini İsveçrə (19 iyun) və Macarıstana (23 iyun) qarşı keçirəcək.

Check Also

“Qarabağ”ın UEFA reytinqində yeni yeri müəyyənləşib

“Qarabağ”ın UEFA reytinqində yeni yeri müəyyənləşib. ​UEFA-nın açıqladığı klub əmsalları reytinqində Azərbaycan təmsilçisi “Qarabağ” 69-cu …