Hazırda favorit kimi Almaniya, İngiltərə və Fransa yığmalarını görürəm.
Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Vladislav Qədirov Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsinin I turunun yekunları haqqında danışarkən deyib.
1987-ci ildə SSRİ yığmasının heyətində 17 yaşadək futbolçular arasında dünya çempionatının qalibi olmuş mütəxəssis üç komandanı favorit saydığını söyləyib: “Hazırda favorit kimi Almaniya, İngiltərə və Fransa yığmalarını görürəm. Almaniya millisi evində oynayır. Amma I turdan sonra nəsə demək tezdir. Praqmatik futbol izləyirik. İndi komandalar kəşfiyyat aparır. II turdan sonra nəsə demək olar. Bəzi komandalar özlərini sonuncu turlara saxlayırlar”.
Qeyd edək ki, iyunun 14-də start götürən AVRO-2024-ə iyulun 14-də yekun vurulacaq.