Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qanunsuz olaraq narkotik vasitə yetişdirməkdə şübhəli bilinən Rüstəm Qurbanov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Report”a verilən məlumata görə, onun yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı aqrotexniki qaydada yetişdirilən 35 ədəd çəkisi 16 kq olan narkotik xassəli çətənə kolları aşkarlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Check Also

İrandan Azərbaycana 65 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana paraplan vasitəsilə ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə keçirilməsinin qarşısı alınıb. …