Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Bayden iqlim dəyişikliyini bəşəriyyət üçün yeganə təhlükə hesab edir

İqlim dəyişikliyi bəşəriyyət üçün yeganə ekzistensial təhlükədir.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri ABŞ Prezidenti Cozef Bayden bu il Atlantada (Corciya ştatı) dövlət başçısı vəzifəsinə namizəd Donald Trampla seçkiqabağı ilk teledebatda çıxışı zamanı deyib.

“O (Tramp – red.), ətraf mühit üçün heç bir iş görməyib. O, Paris iqlim sazişindən çıxıb. Mən dərhal ona qoşuldum, çünki Yer kürəsinin hər hansı bir yerində temperaturun 1,5 dərəcə yüksəlməsinə yol açsaq, geriyə yol olmayacaq. Bəşəriyyət üçün yeganə ekzistensial təhlükə iqlim dəyişikliyi olacaq və o, mənim etdiyim hər şeyi geri qaytarmaq istəyir”, – ölkə lideri vurğulayıb.

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …