Çərşənbə , 3 İyul 2024
Drone Cameras

Cəlilabadda narkotik qarşılığında kuryerliyə cəlb edilən şəxs həbs edilib

Cəlilabadda polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsini təşkil edən, əvvəllər məhkum olunmuş Xalid Şükürov saxlanılıb.

Boyukmillet.com xəbər verir ki, X.Şükürovdan 11 kiloqram marixuana, 3 kiloqram heroin, əlavə olaraq tiryək, metamfetamin və 100 ədəd metadon həbi aşkarlanıb.

Araşdırmalarla onun narkotik vasitə qarşılığında İranda yaşayan narkotacir tərəfindən kuryerliyə cəlb edildiyi müəyyən edilib. X.Şükürov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırma davam etdirilir.

Check Also

Suraxanıda yol qəzası olub, sürücü xilas edilib

Suraxanı rayonunda yol qəzası olub, avtomobildə sıxılı vəziyyətdə qalan sürücü xilas edilib. Boyukmillet.com xəbər verir …